Dərc olunub: 21.01.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı” layihəsinin “Model United Nations” konfransın davamı təşkil edilib və konfrans bağlanış mərasimi ilə yekunlaşıb.

Layihənin ikinci günündə Nəzrin Süleymanovanın fasilitatorluğu ilə komanda qurucu oyunları davam etdi.

Hər bir ölkə nümayəndəsi müvafiq mövzu üzrə təkliflərini formalaşdırdı və qətanəməyə əlavə olunması üçün səsləndirildi. Yekunda komitələrin sədrləri tərəfindən bütün ölkələrin səs verməsi ilə qəbul olan təkliflərə əsasən qətanəmə hazırlandı və qəbul edildi.

Bağlanış mərasimi şagirdlərin və müəllimlərin təltif edilməsi ilə yekunlaşıb.

Xatırladırıq ki, “Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı” adlı layihə, Osmanov Ülvi Məhəmməd tərəfindən həyata keçirilir. Layihənin məqsədi region məktəbliləri üçün MUN konfransı təşkil etməklə onların akademik bacarıqlarını inkişaf etdirməkdir. Bu layihə eyni zamanda İngilis dili və MUN təcrübəsi olan şagirdlər üçün beynəlxalq səviyyədə təmsil olunma imkanı yaradır.