Dərc olunub: 20.01.2025

Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq, qürur salnaməsi olan 20 Yanvar faciəsindən 35 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti  Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ölkəmizin müstəqilliyi  uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.

Xatırladaq ki, 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Universitetin Elmi kitabxanasında faciəni əks etdirən kitab sərgisi təşkil olunub.

LDU heyəti Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib