Dərc olunub: 18.01.2025

 

S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada yazıçı, şair, publisist Aqşin Yeniseylə görüş təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Aqşin Yenisey şagirdlərə Oksford Universiteti tərəfindən ilin ifadəsi seçilmiş “Beyin çürüməsi” (“main rot”) haqqında danışıb.

Sosial şəbəkələrin çılpaqlaşdırdığı bədənlər və beyinlər, dəb və dəyər anlayışları ilə sosial şəbəkələr arasındakı əlaqə, sosial şəbəkələrdəki dırnaqarası azadlıq, rəngsizlik, özünəməxsusluğun itməsi, əvəzində bayağı məzmunun müvəqqəti cəlbediciliyinə aldanma, şəbəkələrdə komformist və istehlakçı cəmiyyətə təşviq, qısacası, “beyin çürüməsi” – düşüncəsizlik və gələcəyi təhdid edən məsələlər əsas müzakirə mövzusu olub.

Sonda qonağa hədiyyə olaraq şagirdlərin əl işi təqdim edilib.

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20January%202025/e1001a64-ac24-49f6-8867-83739a3d9b83_1000372462.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20January%202025/e874bab5-28db-4d80-8d72-94aa1192774f_1000372461.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20January%202025/9b15a815-a784-406d-aa43-a46d24648805_1000372463.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20January%202025/d53c1f4a-12ee-4360-b27f-fa217090b92d_1000372464.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/18%20January%202025/6afe7733-c7ce-4e2a-a220-d1152c529b87_1000372465.jpg