SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nurgül Əhmədova “Aspire Leaders” proqramına qəbul alıb.
Universitetdən bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.
Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.