Moskva vilayətinin Reutov şəhərində məktəbə hücumun qarşısı alınıb.
Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” nəşri yazıb.
Bildirilib ki, əslən Tacikistandan olan 16 yaşlı şagird hücum etmək niyyətində olub və bu məqsədlə 3 bıçaq alıb.
Məlum olub ki, yeniyetmə Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı olan “Kolumbayn” icmasına qoşulub və planlar qurmağa başlayıb. Lakin hazırlıq mərhələsində terror aktı ifşa olunub.