Dərc olunub: 16.01.2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr  keçirilir. Böyük summativ qiymətləndirmələr müvafiq tələblərə cavab verən ümumi təhsil müəssisələrində rəqəmsal formada təşkil olunur.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və kağız israfının qarşısının alınmasından ibarətdir.