Qazax-Tovuz Regional Təhsil İdarəsi təmirsiz vəziyyətdə olan Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbinin Kür qəsəbəsində yerləşən köməkçi binası ilə bağlı məlumat yayıb.
Mektebgushesi.az xəbər verir ki, regional təhsil idarəsini əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.
Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir:
“Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-də əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən tikilib”.