Dərc olunub: 15.01.2025

Naxçıvanda formalaşan tolerant mühit və xarici vətəndaşlara göstərilən xüsusi diqqət nəticəsində NDU-da təhsil alan əcnəbi tələbələrin sayı hər il artır.

Bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

O bildirib ki, NDU-da xarici tələbələr üçün yaradılan şərait yüksək səviyyədədir və onların aldıqları təhsilin keyfiyyəti yerli tələbələr kimi daim diqqət mərkəzində saxlanılır.

“Hazırda 80 ixtisas üzrə 1770 əcnəbi bakalavr tələbə, magistratura təhsil səviyyəsində 79 ixtisaslaşma üzrə 4 əcnəbi magistrant, ümumilikdə isə 1774 əcnəbi tələbə təhsil alır. Onlar Türkiyə, İran, Nigeriya, Rusiya, Özbəkistan, Cənubi Koreya, Tanzaniya, Ruanda, Mərakeş, Banqladeş, Gürcüstan, Fələstin, Almaniya və Pakistandandırlar”.