Dərc olunub: 14.01.2025

 

Elm və Təhsil Nazirliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu” mövzusunda müzakirələr keçirilib.

Mektebgushesi.az Azərbaycan müəlliminə istinadən xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamağın sahibkarlar, təhsil sistemi və cəmiyyət üçün mühümlüyündən danışıb.

“Ölkəmizdə 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir”, – deyə o qeyd edib.

C.Kərəmov çıxışında bu il Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacağını da diqqətə çatdırıb.

Tədbir panel müzakirələrlə davam edib. Şirkət direktorları peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, tədbirdə dövlət qurumları ilə yanaşı, peşə təhsili sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri, tikinti sektorunun aparıcı şirkətlərinin rəhbərləri və peşə təhsil müəssisələrinin rəhbər və müəllim heyəti iştirak edib.

Müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələləri olub.

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/f015ec30-f035-49df-873f-da15b87035fe_eee9b327-d311-47bf-a2ed-7818891515bf.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/938bc52e-0fc6-427f-9afe-3b0e73eb08ca_249fb2dc-8531-4f04-ae8a-a00f5c780d76.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/52afaab7-bffa-45a5-a3cf-bb0cbba7adde_4cedc529-375b-4b11-8937-fd5d0a736998.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/052adfcd-a88b-4077-8d5e-7f2b2973b9ed_6e81d3a2-3b57-4984-afd7-89ca00aeca55.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/7dc0e856-83bd-41fd-a75c-190f1f5f5f05_8feccd54-42ce-4b7a-9365-cc4dbed6ed28.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/d91b481e-d3b6-465f-9e9b-6498a9ee2584_e1dac07f-d4b6-4f06-b680-4d18197db595.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/f3114aef-fbf6-4679-93b6-eaf5de2efa93_03e77f6a-f16e-4a39-b5f4-76392c8eba26.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/43589285-041b-4f64-ba4e-8e956a254de7_a44e7956-b885-4441-a81d-a602a430ea83.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/1408e8ad-41fc-4196-b182-ff2afc187e54_3f2efda7-1123-4512-be8d-c3ded0175c8d.jpg