Mektebgushesi

Dərc olunub: 14.01.2025

Biləsuvar rayonu K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin şagirdi Respublika fənn olimpiadasının yarımfinal mərhələsində 2 fənn üzrə iştirak edəcək.

Bu barədə Mektebgushesi.az -a  məktəb-liseydən məlumat verilib.

Bildirilib ki, olimpiadanın 1-ci mərhələsində yüksək nəticə göstərən və yarımfinal mərhələsinə vəsiqə qazanan 11-ci sinif şagirdi Amin Kazımlı riyaziyyatla yanaşı, informatika fənnindən də yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində məktəb-liseyi ümumilikdə 42 şagird təmsil edəcək.