Yanvarın 14-də Avrasiya Universitetlər Birliyinin (EURAS) İdarə Heyətinin onlayn iclası keçirilib. İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
Bu barədə universitetdən Məktəb Guşəsinə məlumat verilib.
İclasda EURAS İdarə Heyətinin sədri prof. Mustafa Aydın açılış nitqi ilə çıxış edib.
Çıxış edən rektor Cəfər Cəfərov Pedaqoji Universitetin EURAS üzvü kimi təşkilatın fəaliyyətindəki rolu barədə məlumat verib və gələcək əməkdaşlıq perspektivləri haqqında danışıb.
Görüş zamanı EURAS-ın növbəti fəaliyyət istiqamətləri, xüsusilə “EURAS NextGen” və “EURAS QforSD” platformalarının icmalı, eləcə də 2025-ci il üçün EURIE sammitinə hazırlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin EURAS-ın yeni İdarə Heyəti üzvlərinin vəzifə və öhdəliklərindən bəhs edilib.