Dərc olunub: 13.01.2025

Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Mektebgushesi.az xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini yanvarın 30-na qədər fondun Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49 C ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 30-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.