Bəşər Əsədin ölkədən qaçmasından sonra hakimiyyətə gələn Suriyanın yeni iqtidarı ölkədə təhsili pulsuz etməyi planlaşdırır.
“Al Jazeera” telekanalı xəbər verir ki, bu barədə keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri açıqlama verib.
“Biz bütün suriyalıların pulsuz təhsilə çıxışını təmin etməyə çalışırıq – bu, hər bir vətəndaşın hüququdur. Suriya xalqının ehtiyaclarına cavab verən yeni bir təhsil layihəsi üzərində işləyirik” – deyə nazir bildirib.