SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəsul Ələkbərov mübadilə proqramı çərçivəsində Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alır.
Ali məktəbdən bildirilib ki, proqram çərçivəsində R.Ələkbərov Azərbaycanın mədəniyyəti, tarixi və müasir nailiyyətləri barədə təqdimat edib.
Təqdimatda o, Azərbaycanın tarixi, multikultural dəyərləri, mədəniyyəti, milli-mətbəxi, həmçinin Formula 1 və COP29 iqlim konfransı kimi mühüm tədbirlər barədə məlumat verib.
Təqdimatın sonunda interaktiv sorğu-sual təşkil olunub və qaliblərə Azərbaycandan gətirilmiş xüsusi hədiyyələr təqdim edilib.