Yaponiyanın paytaxtındakı Xosey Universitetinin kampusunda çəkiclə hücum nəticəsində ən azı səkkiz tələbə xəsarət alıb.
Mektebgushesi.az xəbər verir ki, TASS bu barədə NHK telekanalı istinadən məlumat yayıb.
Tokio polisi və yanğınsöndürmə xidmətinin məlumatına görə, xəsarət alanlara tibbi yardım göstərilir.
Hücumda şübhəli bilinən şəxs saxlanılıb, onun Xosey Universitetinin tələbəsi olduğu ehtimal edilir.