9 yanvar tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov arasında görüş keçirilib.
Agentlikdən Mektebgushesi.az – a bildirilib ki, görüşdə TKTA-nın struktur bölmə rəhbərləri və “YAŞAT” Fondunun əməkdaşı Könül Abdullayeva da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tural Əhmədov qonaqları salamlayaraq TKTA ilə “YAŞAT” Fondu arasında keçirilən görüşün əhəmiyyətini vurğulayıb və Agentliyin bu kimi görüşlərin keçirilməsində maraqlı tərəf olduğunu qeyd edib. Tural Əhmədov həmçinin əməkdaşlıq çərçivəsində TKTA-nın səlahiyyətləri daxilində lazımi dəstəyin göstərilməsinin mümkünlüyünü nəzərə çatdırıb.
Elvin Hüseynov isə öz növbəsində, görüşün təşkili və səmərəli fikir mübadiləsi üçün təşəkkürünü ifadə edərək qurumlar arasında gələcək əməkdaşlığın vacibliyi haqqında fikirlərini ifadə edib.
Görüş zamanı TKTA ilə “YAŞAT” Fondu arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında müzakirələr aparılıb. Eləcə də, birgə əməşdaşlığın inkişafı və dərinləşməsinin ölkəmizdə təhsil sisteminin və cəmiyyətimizin tərəqqisi baxımından vacib olduğu qeyd edilib.