Dərc olunub: 10.01.2025

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkisində namizədliyini geri götürüb.

Mektebgushesi.az  APA-ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran şəhər bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Aliyə Samir qızı Camalovanın döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.