Mektebgushesi

Dərc olunub: 10.01.2025

2024-cü il ərzində Təhsilin İnkişafı Fondunun (TİF) icra etdiyi layihələrdə 15 664 tələbə iştirak edib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov sosial şəbəkə hesabında paylaşım edib.

TİF rəhbəri qeyd edib ki, “4Si Akademiyası”nda 700 kursda 10 min iştirakçı olub. “Təhsilin inkişafında innovativ metodlar II” layihəsinə 112 müraciət olub, onlardan 13 nəfəri iştirak edib.

IELTS imtahanına təşviq məqsədi ilə həyata keçirilən layihəyə 451, “Baku EduEXPO 2024” təhsil sərgisinə 5 mindən çox iştirakçı qatılıb.

““GreenTech” Startap və Yaşıl Texnologiyalar” layihəsində 60-dan çox komanda 200 tələbə iştirak edib.

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/6f8722c9-fb28-4a0a-8c45-90a5ea91c7de_472083055_10160959430638030_3706226240420432316_n.jpg