Bir neçə gün əvvəl “Ulduz” stansiyasında intihar edən Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu Azərbaycan İdman Akademiyasının tələbəsi imiş.
Universitetdən verilən məlumata görə, Aslanov Saməddin Ümumi fiziki hazırlıq ixtisasının I kurs tələbəsi olub.
Saməddin intihar etməzdən əvvəl sosial şəbəkədə paylaşım edib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.