Mektebgushesi

Dərc olunub: 08.01.2025

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant layihəsinin qaliblərindən olan “STEAM Azərbaycan Festivalında Biz” layihəsinin açılış-təqdimat tədbiri təşkil edilib.

Mektebgushesi.az  “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki, tədbirin məqsədlərindən biri də müxtəlif ümumitəhsil məktəblərindən layihəyə cəlb olunacaq müvafiq istiqamətdə potensiallı təhsilalanların seçimidir. Bu məqsədlə təhsilalanlar arasında “İnnovativ Layihələr” adlı müsabiqə təşkil edilib. Şagirdlərin bir-birindən fərqli texnoloji innovasiya tipli layihələri maraqla qarşılanıb.

İnnovativlik, funksionallıq, unikallıq, aktuallıq və təqdimat meyarları üzrə ən yüksək nəticə göstərmiş 15 şagird layihə iştirakçısı olaraq seçilib, həmçinin ilk 3 yerin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, “STEAM Azərbaycan Festivalında Biz” layihəsi Balakən rayon Katex kənd Surağat Qurbanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nicat Mikayılov tərəfindən həmin məktəbdə icra edilir. Layihənin əsas məqsədi texnoloji innovasiya sahəsində istedadlı şagirdlərin aşkara çıxarılaraq, onların bu istiqamətdə təkmilləşdirilməsi ilə innovativ layihələrin yaradılmasına və STEAM Azərbaycan Festivalında iştirakını təmin edərək, fəaliyyətlərinin respublika səviyyəsində stimullaşdırılmasına nail olmaqdır.

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/b2b463f5-b78e-4a0a-af06-1fd0286cf12f_RWGG3cbjcbaGeDKYwxj0zvMrn7sof6xVQlj9quLD.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/3744d02f-e3ba-4edc-b660-86d1c6c2cc37_HhbdQ6fwhedODdXuW3MyRL4QK3BgwSEGLUgjDfYS.jpg

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/08%20January%202025/0f65da1c-f79f-4b95-a4e7-9126b5532cbc_4HYkkCrufSeja5mLLoTa8laMHxIDXI2G1B2LnjgX.jpg