Dərc olunub: 07.01.2025

7 yanvar 2025-ci il tarixində 4 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 8 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin üçüncü təsnifatına, 5-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə  inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 yanvar 2025-ci il tarixindən 21 yanvar 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.