Dərc olunub: 06.01.2025

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:

Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

• Semestr imtahanlarının keçirilməsində iştirak edir;

• Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

• Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• 3 il elmi-pedaqoji staj;

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər

İş barədə məlumat:

• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;

• Hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;

• Tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Ali təhsil (bakalavr və ya magistr)

• Yaş: 21 – 50

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə hr@msu.edu.az mail ünvanına yanvarın 30-dək göndərə bilərlər.