Dərc olunub: 29.12.2024

Azərbaycanda ilk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.
Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7 244 545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və məktəblərə çatdırılıb.

Bənzər yazılar