Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könülüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə keçirilən “Şagirdə Tələbə Dəstəyi” layihəsinin iştirakçıları olan tələbələr ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev tərəfindən təltif edilib.
Görüşdə, həmçinin ADPU TKTB-nin sədri Səidə Abulova da iştirak edib.
Qeyd edək ki, layihə çərçivəsində ADPU-nun Filologiya və Riyaziyyat fakültələri, eləcə də SABAH qruplarında təhsil alan könüllü tələbələr Bakı şəhərinin Xəzər rayonunun Qala kənd məktəblərində VI, VII və VIII sinif şagirdləri üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən əlavə dərslər tədris edilib. Bu dərslərdə, ümumilikdə, 22 nəfər şagird iştirak edib. Dərslər 2024-cü ilin avqust-dekabr aylarını əhatə edib.