2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 975 şagird və 129 təhsilverən daxil olmaqla 5 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu il ərzində fəaliyyətə başlayan təhsil müəssisələri arasında 115 uşaq və 16 təhsilverən daxil olmaqla 4 məktəbəqədər təhsil müəssisəsi də olub.