Dərc olunub: 28.12.2024

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin “Dizayn” ixtisasında təhsil alan tələbələrin rəsm əsərlərinin sərgisi keçirilib.

Dizayn kafedrasının təşkil etdiyi sərgidə tədris dövründə keçirilən rəsm, rəngkarlıq, dizaynın əsasları, layihələndirmə, mobil strukturlar fənləri üzrə semestrdaxili və fərdi fəaliyyət tapşırıqlarına aid nümunələr yer alıb.

Sərgi ilə tanış olan BMU-nun rektoru Yaqub Piriyev tələbələrin yaradıcı qabiliyyətlərini yüksək qiymətləndirib, universitetdə gənclərin həm də rəssamlıq istedadının üzə çıxarılmasını təqdir edib. Tələbələri maraqlı əl işləri ilə əlaqədar təbrik edən rektor onların gələcəkdə daha gözəl yaradıcı nümunələr ortaya qoyacaqlarına inamını vurğulayıb, eyni zamanda belə sərgilərin tələbələr üçün böyük stimul olduğunu deyib.

Sonra rektor müəllim və tələbələrlə söhbət edib, artıq universitetdə ənənə halını alan belə sərgilərin hər zaman dəstəklənəcəyini bildirib. Rektor, həmçinin iştirakçılara qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ən xoş təbriklərini çatdırıb.

Bənzər yazılar