Gələn ilin dövlət büdcəsində elm və təhsil sahəsi üzrə xərclərin miqdarı məlum olub.
Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunda öz əksini tapıb.
Belə ki, elm sahəsi üzrə xərclər 239 213 243,0 manat, təhsil sahəsi üzrə isə 4 937 283 246,0 manat təşkil edir.
Məktəbəqədər təhsil üzrə xərclər 467 441 987,0 manat, ümumi təhsil üzrə 2 347 506 880,0 manat, peşə təhsili üzrə 82 228 666,0 manat, orta ixtisas təhsili üzrə 104 858 142,0 manat, ali təhsil üzrə 180 731 136,0 manat, əlavə təhsil üzrə 20 830 788,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlar üzrə 7 493 152,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 726 192 495,0 manatdır.