Dərc olunub: 26.12.2024

Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsi Mahmud Tutunçiyevin fotosu yayılıb.

 

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.

Mektebgushesi.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.

O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:

“Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm”- o bildirib.

Bənzər yazılar