Dərc olunub: 26.12.2024

Ötəngünkü təyyarə qəzasında həyatını itirənlərdən biri də məktəblidir. 

Mektebgushesi.az “Qafqazinfo” istinadən xəbər verir ki, bununla bağlı onun təhsil aldığı Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri paylaşım edib.

Qeyd edilib ki, məktəbin 8d sinif şagirdi Yeganov Məhəmmədəli Fərid oğlu dünən xəstəxanada dünyasını dəyişib. 

Məhəmmədəlinin 13 yaşı olduğu bildirilir.

Xatırladaq ki, Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Bənzər yazılar