Dərc olunub: 24.12.2024

Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin (ETN) Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın ustad dərsi keçirilib.

Tədbirdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavinləri dos. Bəsti Əsədova və dos. Kərim Quliyev, kafedra müdirləri prof. Əli Zalov, dos. Anaxanım Yusifova və dos. Kəmalə İskəndərova, eləcə də Botanika İnstitutunun əməkdaşları prof. Şakir Qasımov, b.e.d, dos. Dilzarə Ağayeva, dos. Pərvanə Qaraxani, dos. Sevda Alverdiyeva, dos. Şəkər Muxtarova, dos. Nuri Mövsümova, b.ü.f.d. Nigar Mürsəlqızı, b.ü.f.d. Gülnarə Şirəliyeva, b.ü.f.d. Şəhla Mirzəyeva,  universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında dos. Bəsti Əsədova cari ildə Botanika İnstitutu ilə imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planında nəzərdə tutulmuş məsələlər barədə iştirakçılara məlumat verib, ustad dərsinin də bu əməkdaşlıq çərçivəsində təşkil edilyini qeyd edib.

Çıxış edən dekan Reyhan Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili”, həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin nəticələrindən, bu dövrdə fakültədə keçirilən tədbirlərdən, qurulan əməkdaşlıqlardan söz açıb, Botanika İnstitutunun fəaliyyəti və baş direktor prof. Səyyarə İbadullayevanın elmi  tədqiqatlarından söz açıb.

Daha sonra prof. Səyyarə İbadullayeva “İqlim dəyişikliyi fonunda biomüxtəlifliyin tədqiqi və davamlı inkişafı” mövzusunda ustad dərsi keçib.

Dərsdən sonra mövzu ətrafında çıxışlar dinlənilib.

 

Bənzər yazılar