Dərc olunub: 23.12.2024

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (AMEA MEK) birgə təşkilatçılığı ilə Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr olunmuş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” Respublika elmi konfransı keçirilib. Konfransda elmi ictimaiyyətin nümayəndələri və rayon ziyalıları iştirak ediblər.

Konfransdan əvvəl filial rəhbərliyi və professor-müəllim heyəti  Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

Filialın direktoru dosent Yusif Alıyev rəsmi açılışdakı çıxışında konfransın əhəmiyyəti və qarşıya qoyduğu vəzifələr barədə danışıb. Sonra Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abassqulu Ağa Bakıxanovun zəngin həyaıt və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Rəsmi hissədə AMEA MEK-nın direktor müavini dosent Şəhla Quliyeva, Türkiyənin Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri professor Hacalı Nəcəfoğlu, Naxçıvan Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru dosent Elsevər Əsədov, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani, Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva çıxış ediblər.

Rəsmi hissədən sonra konfrans işini “Təhsil və innovasiyalar: Yeni nəsil universitetlərin inkişafında elmi-tədqiqatın və sinergetikanın rolu”, “Qloballaşma və multidissiplinar təhsil: Müəllim hazırlığında interaktiv və fənlərarası yanaşmalar”, və “Təhsildə sosial, ekoloji və mədəni aspektlər: Davamlı inkişaf və gələcək nəslin formalaşmasında ekoloji və pedaqoji yanaşmalar” adlı üç paneldə davam etdirib.

Qeyd edək ki, konfransda ölkə üzrə 28 universitet və elmi müəssisələrin əməkdaşları tərəfindən 234 məruzə təqdim olunub, onlardan 174 elmi məqalə Təşkilat Komitəsi tərəfindən seçilərək məruzə üçün qəbul edilib.

Bənzər yazılar