Dərc olunub: 23.12.2024

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı Bakıdakı Rus evinin  həyata keçirdiyi “Rus dilinin səfirləri” beynəlxalq proqramının nümayəndələrinin təqdimatına ev sahibliyi edib. Proqram çərçivəsində Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri filialın bir qrup tələbəsi ilə görüşüblər.

Quba filialının direktoru dosent Yusif Alıyev və Bakıdakı Rus evinin nümayəndəsi Yakunina Lyubov Timofeyevna çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlıqdan, o cümlədən Azərbaycan-Rusiya əlaqələrindən bəhs ediblər.

Qonaqlar tələbələr ilə görüşdə rus mədəniyyətindən danışıb və interaktiv oyunlar keçiriblər. Sonda tələbələr arasında mini-sorğu keçirilib, sertifikat və hədiyyələr təqdim edilib.

Bənzər yazılar