Dərc olunub: 23.12.2024

 

Lənkəran Dövlət Universitetində (LDU) “Yaşıl dünya, ətraf mühit naminə həmrəylik və inkişaf” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib. Onlayn və canlı formatda keçirilən  konfransın plenar iclasını LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb. Konfransın olduqca aktual mövzuya həsr olunduğunu deyən universitet rəsmisi ölkəmizdə, həmçinin universitetdə  bu istiqamətdə görülən işlərdən, həllini gösləyən məsələlərdən söz açıb. Prof. Natiq İbrahimov Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Azərbaycan Universiteti ilə bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib, birgə elmi layihələrin, elmi-praktik konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ilidir”, Türkiyə Cümhuriyyətinin Ege Universitetinin proffesoru  Aziz Eftexari “Yeşil Nanoteknoloji: Azerbaycanın sürdürebilir geleceği”, “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri dos, Aytəkin Əfəndiyeva “Azərbaycanda “Yaşıl iqtisadiyyat”ın inkişaf  perspektivləri, dos. Qorxmaz Ağayev “Ətraf mühit naminə həmrəylik, onu şərtləndirən faktorlar və qlobal aspektlər” mövzularında məruzə ediblər. Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov məruzə ətrafında çıxış edərək təmsil etdiyi universitetdə bu istiqamətdə görülən işlərdən danışıb.

Plenar iclasda LDU-nun Baş elmi katibi Allahşükür Quliyev Türkiyə Cümhuriyyətinin Ege Universitetinin professoru Aziz Eftexariyə Lənkəran Dövlət Universitetinin fəxri professoru adının verildiyini elan edib. Aziz Eftexariyə fəxri professor plaketini LDU-nun rektoru, prof. Natiq İbrahimov təqdim edib.

Plenar iclasdan sonra  konfrans işini  Humanitar elmlər, Təbiət və riyaziyyat elmləri, Aqrar və  iqtisadiyyat elmləri bölmələrində  davam etdirib. Bölmə iclaslarında 200-ə yaxın  tezis dinlənilib.

 

Bənzər yazılar