Dərc olunub: 20.12.2024
Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft Sənaye Universitetində (ADNSU) olub.
Rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu ADNSU-da olmaqdan məmnunluğunu bildirib. Bir neçə gün öncə Türkiyədə Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıq
memorandumundan söz açan rektor, professor Hasan Uslu qarşıdakı illərdə birlikdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Qonaqlar ADNSU-da olarkən tarix muzeyinə, kitabxanaya, laboratoriyalara auditoriyalara baş çəkiblər, universitetlə burada tədris təhsil üçün yaradılan şəraitlə yaxından tanış olublar. ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefi heyrətlə seyr edən qardaş ölkənin nümayəndələri universitetin
tarixi haqqında ətraflı məlumat aldıqdan sonra buranın təkcə mühəndis kadrlar hazırlayan təhsil müəssisəsi yox, həm tarixi özündə yaşadan elm ocağı olduğunu bildiriblər. Sonda qonaqpərvərliyə ətraflı məlumata görə dosent Vazeh Əskərova minnətdarlığını bildirən professor Hasan Uslu rəhbərlik etdiyi nümayəndə heyəti universitetdən xoş təəssüratla ayrılıblar.

Bənzər yazılar