Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirililib.
Bu barədə MDU-dan Məktəb Guşəsinə məlumat verilib.
Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun akademik, inzibati heyəti, tələbələr və əmək bazarının müxtəlif sahələrindən mütəxəssislər iştirak edib. Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Mirsahib Eminov, Əmək bazarının təhlili departamentinin Əmək bazarının təhlili şöbəsinin müdiri Bəhman Hüseynli iştirakçıları qeyri-formal məşğulluğun mənfi təsirlərinə diqqət çəkmək və bu sahədə mübarizə yolları haqqında məlumatlandırıblar.
Seminarın məqsədi müasir əmək bazarında qarşıya çıxan əsas çağırışları müzakirə etmək, seminar çərçivəsində qeyri-formal məşğulluğun iqtisadiyyat və sosial həyatda doğurduğu problemlər, əmək bazarında peşə bacarıqlarının artırılması, gənclərin işə hazırlanması və iş yerlərinin qanuni əsaslarla təmin edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparmaq olub.
MDU rəhbərliyi, müasir əmək bazarına inteqrasiya etmək istəyən gənclərin peşəkar bilik və bacarıqlarını inkişaf etdirməyə dəstək olmaqla yanaşı, onların əmək hüquqlarının qorunmasına xüsusi önəm verir. Bu seminar da universitetin bu istiqamətdəki davamlı təşəbbüslərinin bir hissəsidir.