Çin Xalq Respublikası 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir. Təqaüd proqramı hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Sənəd qəbulu 5 yanvar 2025-ci il, saat 23:59-a kimi davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2025-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.