Dərc olunub: 20.12.2024

“Bağçalara uşaqların qeydiyyatı prosesi tam elektron formada həyata keçirilir. Bu, valideyn məmnuniyyətinə təsir edən prosesdir və növbəti il bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan olacaq”.

Məktəb Guşəsi xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib.

O, bu baxımdan bağça müdirlərinin qeyd edilən istiqaməti xüsusi nəzarətdə saxlamasını vacib sayıb.

E.Bağırov bağçaların qida təminatı və qida zəncirinin idarəolunmasının əsas hədəflərindən biri olacağını söyləyib.

Agentlik direktoru əlavə edib ki, bu istiqamət üzrə monitorinqlərin aparılması davamlı xarakter daşıyacaq.

Bənzər yazılar