Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini 3 320 nəfər fərqlənmə attestatı ilə başa vurub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib.
Onlardan 1 383 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 1 937 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.