2024-cü təqvim ilində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində paytaxt üzrə qalib olan 56 layihənin icrası reallaşdırılıb. Həmçinin VIII qrant müsabiqəsində 51 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.