Dərc olunub: 18.12.2024
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə I kurs magistrantları Nuray Fərzəliyeva, Aydan Xəlilova, Miryəhya Seyidov, Tural Qüdrətli Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində təcrübə mübadiləsində iştirak edirlər.
Proqram çərçivəsində BDU tələbələri qardaş ölkədə bu sahədə iş təcrübəsi ilə tanış olur, bilik və bacarıqlar əldə edirlər. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsinin mütəxəssisləri tərəfindən keçirilən görüşlərdə hər iki ölkədə mədəniyyət hüququ sahəsindəki fərqli yanaşmalar təhlil olunur, qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilir.
Qeyd edək ki, mübadilə proqramı 16-21 dekabr tarixlərini əhatə edir.

Bənzər yazılar