Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız Milli Universitetinə işgüzar səfər edib.
BDU-dan bildirilib ki, səfər çərçivəsində ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nümayəndə heyəti son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması, elmi fəaliyyətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər haqqında geniş təqdimatla çıxış edib.
Qırğız Milli Universitetinin elmi işlər üzrə prorektoru Alaybek Şəmsiyev BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər açacağını vurğulayıb, birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə edib.