Dərc olunub: 17.12.2024

Dekabrın 17-də Azərabycan Dövlət Pedaqoji Universiteti (ADPU) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) birgə təşkilatçılığı ilə tələbələr üçün icbari tibbi sığorta mövzusunda maarifləndirici görüş təşkil edilib.

Tədbirin məqsədi tələbələri icbari tibbi sığortanın əhəmiyyəti və müraciət qaydaları barədə məlumatlandırmaq olub. Görüşdə 250-dən çox tələbə iştirak edib.

İTSDA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Fuad Bayramov tələbələrə icbari tibbi sığorta sisteminin əhatə etdiyi istiqamətlər,  Xidmətlər Zərfinə daxil oan xidmətlər, tibbi sığortadan istifadə hüququ, xidmətdən yararlanmaq üçün müraciət proseduru və tələb olunan sənədlər barədə ətraflı məlumat verib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar