Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyəyə səfər çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu ilə görüşüb.
Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub. Gələcəkdə iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi, birgə elmi işlərin icrası istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələrlə bağlı hədəflər müəyyən olunub.
Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.