Dərc olunub: 16.12.2024

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi və Beynəlxalq layihələr və qrantlar şöbəsinin birgə təşkilatçılığı ilə “VR texnologiyalarının əsasları” adlı məlumatlandırıcı sessiya təşkil edilib.

İnfosessiyada VR texnologiyalarının tədbiq sahələri, potensial imkanları və təhsil sahəsində istifadəsi ilə bağlı məlumat verilib. İştirakçılara VR cihazlarının strukturu əyani formada göstərilib və iş prinsipi izah olunub.

Sonda infosessiyada iştirak edənlərə sertifikat təqdim edilib.

Bənzər yazılar