Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 299 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 17 508-i çağrı mərkəzləri, 166-sı sosial media, 2 958-i “WhatsApp” vasitəsilə olduğu halda, 1026-sı elektron, 920-si isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 721 müraciət qeydə alınıb.
Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.