Paytaxtın Xətai rayonundakı ümumi təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib.
Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, müasir yanaşmalardan irəli gələn zəruri amilləri nəzərə çatdırıb.
BŞTİ-nin müdir müavini Anar Qədiməliyev isə keyfiyyətin idarəolunması mexanizmləri, məktəb direktorunun fəaliyyət istiqamətləri, zəruri ehtiyaclar üzrə təminat barədə danışıb, müvafiq tövsiyələrini verib.
Sektor müdirləri Tural Mahmudov və Bəşarət Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması barədə fikirlərini bildiriblər.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.