Dərc olunub: 13.12.2024

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Rumıniyada keçirilmiş Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) bürünc mükafatçısı olub.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, olimpiadada milli komandamızın heyətində çıxış edən “Gənc istedadlar” liseyinin X sinif şagirdi Cabir Abbasov bürünc medala layiq görülüb. Altı nəfərdən ibarət milli komandamız olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal qazanıb.