Bakı Dövlət Universiteti İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (The Global University Network for Innovation – GUNI) tamhüquqlu üzv seçilib.
Bu barədə universitetdən məlumat verilib.
GUNI 1999-cu ildə UNESCO-nun Ali Təhsil üzrə Ümumdünya Konfransından sonra bağlanmış müqavilələrə nəzarət etmək, universitet siyasəti və idarəçiliyində ekspert təşkilatı kimi fəaliyyət göstərmək üçün yaradılıb.
100 ölkədən 364 universiteti birləşdirən beynəlxalq şəbəkəyə ali təhsil müəssisələri ilə yanaşı, UNESCO kafedraları və tədqiqat mərkəzləri də daxildir.
GUNI-ya üzvlük BDU-ya innovativ yeniliklərin tətbiqi üçün daha geniş şərait yaradacaq