Dərc olunub: 13.12.2024

10-11 dekabr tarixlərində Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyi
(ETN) , Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Sumqayıt Dövlət
Universitetinin (SDU) birgə təşkilatçılığı, “SOCAR Polymer” MMC-nin baş
sponsorluğu, “bp” və “Nobel Energy” şirkətlərinin sponsorluğu ilə “Yaşıl dünya
naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların
XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) keçirilib.

Konfransın plenar iclasında ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və
innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Magistratura
doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov,
eləcə də universitetin 15 nəfər doktorant, dissertant və gənc tədqiqatçısı iştirak
ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları müstəqil dövlətimizin qurucusu,
Ümumilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndərin
Sumqayıt şəhərində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov qonaqları və
iştirakçıları salamlayıb, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi
məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb
konfransla bağlı statistik məlumatları təqdim edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında 27-ci dəfə təşkil olunan konfransın
əhəmiyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq, cür tədbirlərin elm
sahəsində uğurlu bir ənənə formalaşdırdığını və gənc alimlərə böyük imkanlar
yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra
mühüm və uğurlu addımlar atıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, bu
gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq
əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu
sahədəki əsas prioritetlərdəndir.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini təbiət elmləri, İKT
mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə bölmələrdə davam
etdirilib.

Qeyd edək ki, ADPU-da hazırda fəlsəfə doktorluğu elmlər doktorluğu
proqramları üzrə ümumilikdə 48 doktorant və dissertant təhsil alır. Yaşı 35-ə qədər
olan doktorant, dissertant və gənc tədqiqatçıların sayı 32-dir ki, onlardan 15 nəfəri
konfransda tezislə iştirak edib. Bu, ADPU-nun ənənəvi olaraq keçirilən

Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO )
üzrə son illərdə əldə edilmiş ən yüksək göstəricidir. Konfransda tezisi qəbul
edilmiş iştirakçıların sayına görə ADPU 44 ali təhsil müəssisəsi və elmi-tədqiqat
institutları arasında 3-cü yerdə qərarlaşıb.