Dərc olunub: 11.12.2024

Rusiyada rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulu qadağan edildi.

Mektebgushesi.az xəbər verir ki,  bu barədə Dövlət Dumasının saytında məlumat verilib.

Bildirilir ki, deputatlar qanunu üçüncü oxunuşda qəbul ediblər.

“Uşağı məktəbə qəbul etməzdən əvvəl onun Rusiya ərazisində qanuni yaşaması və rus dilini bilməsi mütləq yoxlanılacaq”, – deyə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

Dövlət Duması sədrinin sözlərinə görə, ilin əvvəlindən deputatların təşəbbüsü ilə miqrasiya siyasətinin təkmilləşdirilməsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə yönəlmiş 14 federal qanun qəbul edilib.(Oxu.Az)

Bənzər yazılar